...

Azərbaycan SQ-nin Baş Qərargah rəisi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətini yoxlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2014 11:47 (UTC +04:00)
Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsindədir.
Azərbaycan SQ-nin Baş Qərargah rəisi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətini yoxlayır

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi cəbhə bölgəsindədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti