...

Çexiya Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2015 18:11 (UTC +04:00)
Çexiya Respublikası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində keçirilmiş qondarma “parlament seçkiləri”ni tanımır və onları legitim hesab etmir.
Çexiya Dağlıq Qarabağda qondarma "seçkilər"i tanımır

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Elçin Mehdiyev/

Çexiya Respublikası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımır və onları legitim hesab etmir. Trend-in məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu cür birtərəfli hərəkətlər qarşılıqlı etimadın güclənməsinə və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsbət mühitin yaranmasına kömək etmir.

Çexiya Respublikası bu münaqişənin sülh yolu ilə, beynəlxalq qanunun prinsipləri, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll edilməsinin tərəfdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti