Bakı. Trend:
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Rusiya ilə son vaxtlar Liviyadan Dağlıq Qarabağadək qaynar münaqişələr üzrə keçirilən müzakirələri davam etdirməyə ümid edir.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, C.Kerri Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşdə bəyan edib ki, bütün dünya Moskva və Vaşinqtonun terrorla mübarizə üzrə vahid addımlar atacaqlarını gözləyir.