...

Komissiya: Erməni tərəfi əsgərimizin nəşinin qaytarılmasını heç bir əsas olmadan ləngidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Dekabr 2016 11:11 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.
Komissiya: Erməni tərəfi əsgərimizin nəşinin qaytarılmasını heç bir əsas olmadan ləngidir

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər. Bununla bağlı müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb və zəruri işlər aparılır.

Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Komissiyanın məlumatında deyilir: "Qeyd etmək lazımdır ki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların meyitləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır və bu beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir. Ancaq qarşı tərəf hadisədən üç gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir.

Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti