Tərtər. Samir Əli - Trend:
Erməni silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Trend-in məlumatına görə, hadisə zamanı yaralananlardan biri - 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu da vəfat edib.
X X X
14:07
Tərtərdə ermənilərin qəbiristanlığı atəşə tutması nəticəsində yaralıların sayı 5-ə çatıb. Trend-in məlumatına görə, 3 nəfər həlak olub.
Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev "Twitter"də bildirib.
O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlalk olub. 3 nəfər isə yaralanıb.
"Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır".
XXX
13.47
Erməni hərbi birləşmələri Tərtərdə əhalini atəşə tutub.
Trend-in cəbhə bölgəsində olan müxbirinin məlumatına görə, hadisə şəhər qəbiristanlığında dəfn mərasimi zamanı baş verib.
Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub.
3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.