...

ŞON MAKKORMAK: "ABŞ-IN DAĞLIQ QARABAĞLA BAĞLI SİYASƏTİ DƏYİŞMƏZ QALIR"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2005 12:06 (UTC +04:00)

(Mediamaks) - Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı siyasəti dəyişməyib. Bu barədə dövlət departamentinin rəsmi nümayəndəsi Şon Makkormak (Sean McCormack) Vaşinqtonda keçirilmiş brifinqdə "50 konqressmenin prezident Buşa ünvanlandığı Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etmək hüququnu dəstəkləmək çağırışılı məktubunun Amerikanın siyasətindəki dəyişikliklərə dəlalət edirmi?" sualına cavab verərkən bəyan edib.

"Əlbəttə, biz Konqress üzvlərinin müxtəlif xarici siyasət məsələlərinə marağını alqışlayırıq. ABŞ-ın Dağlıq Qarabağ siyasəti və bu münaqişənin nizamlanması sahəsində göstərdiyi səylər dəyişməyəcək. Biz ATƏT-in Minsk qrupunun işini, Ermənistan və Azərbaycanın mövcud ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş səylərini dəstəkləyirik. Lakin bizim siyasətimizdə dəyişikliklər yoxdur", - deyə departamentin nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti