...

Koreya Dağlıq Qarabağ probleminın beynəlxalq prinsiplər çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2006 19:39 (UTC +04:00)

Koreya Dağlıq Qarabağ probleminın beynəlxalq prinsiplər çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir. Bunu, Trend agentliyinin məlumatına əsasən, Koreyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Lyu Kvanq Çu bildirib.

Bizim hökumət münaqişənin ATƏT Minsk Qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasını diqqətlə izləyir və vasitəçilərin fəaliyyətinin uğurla nəticələnəciyinə ümid edir.

Lakin diplomat eyni zamanda qeyd edib ki, Koreyanın indiyə qədər Dağlıq Qarabağ münaqişəsilə bağlı rəsmi mövqeyi yoxdur. Koreya problemin beynəlxalq prinsip və normalar çərçivəsində həllini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti