...

AŞPA-nın Siyasi Komitəsinin iclasında "Cənubi Qafqazda sabitlik paktı" adlı sənəd müzakirə edilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2006 13:27 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Siyasi Komitəsinin iyunun 27-də keçirilən iclasında "Cənubi Qafqazda sabitlik paktı" adlı sənəd müzakirə edilir. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva bildirib.

G.Hacıyeva qeyd edib ki, bu sənəddə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərini işğal etdiyi bir halda Cənubi Qafqazda inkişaf perspektivinin mövcud olmamasından söhbət gedir: "AŞPA-ya üzv olan bir dövlətin digər üzv dövlətin ərazilərini işğal etməsi regionda sülhün və əməkdaşlığın bərqərar olmasını sual altına alır". Nümayəndə heyətimizin üzvü onu da bildirib ki, bu sənəd Rumıniyadan olan parlamentari tərəfindən hazırlanıb.

G.Hacıyeva onu da vurğulayıb ki, adıçəkilən sənədin daha obyektiv və gerçək olması istiqamətində çalışırlar. Millət vəkili həmçinin qeyd edib ki, mövzu ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və Aydın Mirzəzadə çıxışlar edəcək, öz təkliflərini verəcəklər.

Xəbər lenti

Xəbər lenti