...

Millət vəkili: "ATƏT PA-dakı Azərbaycan və Ermənistan deputatlarının və separatçı Dağlıq Qarabağ nümayəndələrinin iştirakı ilə birgə qrupun yaradılması mümkün deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2007 18:37 (UTC +04:00)

"ATƏT Parlament Assambleyasında Azərbaycan və Ermənistanı təmsil edən deputatların və Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələrinin iştirakı ilə birgə qrupun yaradılması mümkün deyil." Bu sözləri Trend ə açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Qəzənfəroğlu deyib.

Xatırladaq ki, ATƏT PA-nın sədri Qoran Lenmarker Cənubi Qafqaza səfəri çərçivəsində Yerevanda olarkən Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti belə bir təkliflə çıxış edib.

F.Qəzənfəroğlu qeyd edib ki, heç bir halda bu təklif müzakirəyə çıxarıla bilməz.

"Əgər həmin qrupda Dağlıq Qarabağın azərbaycanlı icması da təmsil olunsa, onda belə bir variantla razılaşmaq olar. Amma Azərbaycanın istənilən bir səviyyədə Dağlıq Qarabağın separatçı rejimi ilə əlaqə qurması mümkün deyil", -deyə millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti