...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsində hələ zərurət görmür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müx Trend A.İsmayılova/ Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsində hələ zərurət görmür. Azərbaycan prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, həmsədrlərin daha geniş mövqe nümayimş etdirmək üçün hələ imkanları var. Şöbə müdiri bildirib: "Onlar bunu edə bilər və etməyin vaxtı artıq çatıb. Digər münaqişərlə əlaqədar mövqe bildirilir, lakin konkret olaraq bu halda məsuliyyət tərəflərin üzərinə qoyulur. Nədənsə Kosovo, İsrail və Fələstinlə bağlı halda belə mövqe tutulmamışdı".

Xəbər lenti

Xəbər lenti