...

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyun 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri cümə günü saat 22.00-dan 22.25-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəklikdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Erməni silahlıları həmçinin şənbə günü saat 01.15-dən 02.00-dək Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutublar.

Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti