...

ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağdakı seçkilər münaqişənin sülh yolu ilə nizamlanmasına təsir etməməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2007 12:06 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri: Dağlıq Qarabağdakı seçkilər münaqişənin sülh yolu ilə nizamlanmasına təsir etməməlidir

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ Bu yaxınlarda Dağlıq Qarabağda keçirilən "prezident seçkiləri" danışıqlar prosesinə əngəl olmamalıdır. Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İspaniya XİN başçısı Miqel Anxel Moratinos deyib.

"ATƏT Dağlıq Qarabağın müstəqilliyini tanımır və ona görə də bu seçklər münaqişənin həllinə təsir etməməlidir" - deyə o vurğulayıb.

Moratinos bir daha ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ nizamlanması istiqamətində göstərdikləri səyləri dəstəkləyib.

İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişənin başlanması 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altınndadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və hələlik ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti