...

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə təbrik məktubu göndərib

Siyasət Materials 29 Oktyabr 2007 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə Türkiyənin milli bayramı - Respublika günü münasibətilə təbrik məktubu göndərib. Türkiyə xalqına əmin-amanliq və firavanlıq arzulayan Prezident İlham Əliyev qeyd edib ki, xalqlarımızın əsrlərdən bəri davam edən, tarixin ən çətin sınaqlarından çıxmış dostluq və qardaşlığı bu gün dövlətlərarası münasibətlərimizin ruhunda və məzmununda öz bariz ifadəsini tapır. Məktubda, həmçinin, belə bir inam ifadə olunub ki, möhkəm təməl üzərində qurulmuş müttəfiqliyimiz, həmrəyliyimiz və birliyimiz bundan sonra da milli mənafelərimizin qorunması yolunda səylərimizin inam və güvənc yeri olacaq.

Xəbər lenti

Xəbər lenti