...

Azərbaycanın XİN rəhbəri Avropanı GUAM ərazisində "dondurulumuş münaqişələr"ə münasibətdə "ikili standartlar"dan imtina etməyə çağırıb

Siyasət Materials 23 Noyabr 2007 19:06 (UTC +04:00)
Azərbaycanın XİN rəhbəri Avropanı GUAM ərazisində "dondurulumuş münaqişələr"ə münasibətdə "ikili standartlar"dan imtina etməyə çağırıb

Latviya, Riqa / Trend , xüsusi müxbir N. Kuznetsova/ Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Avropanı GUAM ərazisində "dondurulumuş münaqişələr"ə münasibətdə "ikili standartlar"dan imtina etməyə çağırıb. Bu barədə Trend in xüsusi müxbirinin Riqadan verdiyi məlumatında bildirilir.

"Azərbaycan və GUAM-a üzv olan digər ölkələrdə, Gürcüstan, Ukrayna və Moldovada mövcud olan münaqişələrə münasibətdə "ikili standartlar" tətbiq edilir", - deyə cümə günü nazir Riqada keçirilən "Baltikyanı ölkələr və Aİ-nin Avropa Qonşuluq Siyasəti" Beynəlxalq konfransındakı çıxışında bildirib.

Nazirin sözlərinə görə, bütün münaqişələr beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır, nazir Avropanı "ikili standartlar"dan imtina etməyə çağırıb.

GUAM ərazisində "dondurulmuş münaqişələr" məsələsi (Dnestryanı, Ermənistan-Azərbaycan, gürcü-abxaz və gürcü-osetin münaqişəsi) uzadılmış münaqişələrə dair Qətnamə layihəsi kimi, 2006-cı ilin sonlarından BMT-nin Baş Assambleyasının müzakirəsinə təqdim olunub.

Məmmədyarov öz çıxışında Azərbaycanın Aİ-nin Yeni Qonşuluq Siyasətinə yanaşma məsələsinə toxunub. Xarici işlər idarəsinin rəhbəri bəyan edib ki, "tərəfdaş ölkələr arasında əməkdaşlıq nəqliyyat, energetika, kommunikasiya və digər sahələrdə mövcud ola bilər". "Belə bir əməkdaşlıq həm Aİ, həm də bütün tərəfdaş ölkələr üçün səmərəli ola bilər" - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Aİ ilə energetika dialoqunda iştirak edir. "Belə bir əməkdaşlıq Xəzər regionunun enerji resurslarının Avropaya nəqli üçün yeni imkanlar yaradır" - deyə Məmmədyarov bildirib.

"Baltikyanı ölkələr və Avropa İttifaqının Qonşuluq Siyasəti" konfransı Latviyanın Xairci İşlər Nazirliyinin və Avropa Komissiyasının Latviyada nümayəndəliyin vasitəçiliyi ilə keçirilir.

Konfransda 30 ölkədən 200-dən çox siyasi xadimin, hər üç Baltikyanı ölkənin, Latviya, Estoniyanın spikerləri, eləcə də, Estoniya və Litvanın XİN rəhbərləri iştirak edəcəklər. Ermənistan, Gürcüstan, Belarus və Moldovanın xarici işlər nazirlərinin müavinləri də konfransda iştirak edəcək. Konfransda, həmçinin, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa Qonşuluq Siyasətinin Koordinasiya direktoru Rutqer Viselsa və Avropa parlamentinin vitse-prezidenti Diana Volisin iştirak edəcəyi gözlənilir. Latviya prezidentinin veb-sayıtının məlumatında belə deyilir.

Litva prezidenti Valdas Adamkus oktyabr ayında "Dekokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat- GUAM"ın onillik yubileyində və Litva, Ukrayna, Azərbaycan, Moldova və Gürcüstan prezidentlərinin energi təhlükəsizliyi üzrə Vilnüsdə keçirilən konfransında "GUAM-ın Avropa İttifaqında Dostluq Qrupu"nu yaratmağa çağırıb. Litva prezidenti Adamkus bu təşəbbüslə Avropaya inteqrasiya prosesində GUAM dövlətlərinə yardım etmək məqsədilə çıxış edib.

Bu gün axşam Riqada konfrans çərçivəsində, "Dostluq Qrupu"nun təqdimatı keçiriləcək. Litva prezidenti Adamkus oktyabr ayında "Dekokratiya və İqtisadi İnkişaf uğrunda təşkilat- GUAM"ın onillik yubileyində və Litva, Ukrayna, Azərbaycan, Moldova və Gürcüstan prezidentlərinin energi təhlükəsizliyi üzrə Vilnüsdə keçirilən konfransında "GUAM-ın Avropa İttifaqında Dostluq Qrupu"nu yaratmağa çağırıb. Litva prezidenti bu təşəbbüslə, Avropaya inteqrasiya prosesində GUAM dövlətlərinə yardım etmək məqsədilə çıxış edib.

GUAM-ın formatı 1999-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti