...

Vəhhabilik radikal ideyaların gizlədilməsi üçün istifadə olunur– Böyük Britaniyada İslam Komissiyasının rəhbəri

Siyasət Materials 7 Dekabr 2007 10:15 (UTC +04:00)
Vəhhabilik radikal ideyaların gizlədilməsi üçün istifadə olunur– Böyük Britaniyada İslam Komissiyasının rəhbəri

Böyük Britaniya, London / Trend müxbir Q.Əhmədova/İnsan haqları üzrə İslam Komissiyasının rəhbəri Məsud Şacare hesab edir ki, vəhhabilik islamın radikal cərəyanı deyil.

"Vəhhabilər onların ideyaları ilə razılaşmayan insanları kafir adlandırır və etiqadlarına əsasən, onları öldürməkdə özlərini haqlı hesab edirlər" - deyə o bildirib.

Vəhhabilik - XVIII əsrdə Mərkəzi Ərəbistanında, Necdədə meydana gələn dini-siyasi hərəkatdır. O, öz aktiv fəaliyyətinə "İslamın təmizlənməsi", "Peyğəmbər zamanında olan qaydalara qayıdış" və "Ərəblərin Osmanlı İmperiyasına qarşı birləşdirilməsi" şuarları altında başlayıb.

"Vəhhabilik, digər terminlər kimi hər hansı bir ideyanın gizlədilməsi üçün istifadə olunur. Bu termin insanlar üçün müxtəlif mənalar kəsb edir. Vəhhabilik, sələfilik terminlərinin mənası aydın olmalıdır" - deyə Şacare bildirib.

Şacare hesab edir ki, islam qaydalarına müvafiq olaraq insanlar müxtəlif cərəyanların ardıcılları olmaqda fikir azadlığına malikdirlər, lakin onlar digərlərini bu hüquqdan məhrum etməməlidirlər. Onun sözlərinə görə, vəhhabilik digər insanların fikirlərini qəbul etmir, bu isə islamın qaydalırandan kənardır.

Onun sözlərinə görə, vəhhabiliyin bir çox fərziyyələri islam çərçivəsindən kənara çıxır. "Bu ideyalar Amerikada 11 sentyabr hadisəsi və İngiltərədə metro partlayışına gətirib çıxardı. Bu çox pis, yolverilməz və qeyri-qanunidir və mən bunun radikallıq deyil, çox ehtimal ki, nəyəsə reaksiya olduğunu hesab edirəm. Vəhhabilər "Məqsəd bütün vasitələri doğruldur" konsepsiyasının tərəfdarıdırlar, islamda isə məqsəd heç vaxt vasitəyə haqq qazandırmır. Dində buyrulduğuna görə, bizim həyatımız Allahın əlindədir" - deyə Şacare vurğulayıb.

Onun sözlərinə görə, öz ideologiyalarına əsasən, insanların həyatını məhrum edən bir çox digər qruplar mövcuddur. "Biz bunlara qarşı mübarizə aparmalı, etiraz etməliyik, həmçinin biz bu problemin həlli üçün birləşməliyik" - deyə o bildirib.

Hüquq müdafiəçisi son zamanlar islamı təlim edən cərəyanlar tərəfindən müəyyən formalarda təbliğ olunan təriqətlərin yayılması halını təhlükəli tendensiyalardan biri hesab edir. İraqdakı müharibəni misal gətirən Şacare qeyd edib ki, İraqda bu kimi təriqətlərin inkişaf etməsi nəticəsində hər gün yüzlərlə dinc insanlar - şiələr, sünnilər və digərləri həlak olur.

"İraqa daxil olma təriqətçiliyin inkişaf etməsinə səbəb oldu və bunda cavabdehliyi işğalçılar daşıyır" - deyə o əlavə edib.

Onun rəyinə görə, islam fərqli dindir, onunla fəxr etmək lazımdır. Lakin bəzi cərəyanlar hələ də islam bayrağı altında təmsil olunur.

"Biz buna qarşı çıxış etməliyik. Təəssüf ki, ABŞ-da nüfuzlu RAND Reports təşkilatı kimi araşdırma mərkəzlərinin hesabatlarına əsasən, təriqətçilik islam üzərində nəzarət üçün alət kimi təqdim olunur. Bu cür təqdimat bütün dünyada təşviq olunur və biz müsəlmanlar bunun qurbanları oluruq" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti