...

Mojaritar seçki sistemi Azərbaycan üçün yaxşı variantdır - Azərbaycan Parlamentinin vitse-spikeri

Siyasət Materials 11 Dekabr 2007 14:04 (UTC +04:00)
Mojaritar seçki sistemi Azərbaycan üçün yaxşı variantdır - Azərbaycan Parlamentinin vitse-spikeri

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanda yaxın zamanlarda yenidən proporsional seçki sisteminin bərpası mümkün deyil. "Mojaritar seçki sistemi Azərbaycan üçün yaxşı variantdır" çərşənbə axşamı jurnalistlərə Azərbaycan Parlamentinin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Parlamentə seçkilər qarışıq-mojaritar və proporsional seçki sistemləri üzrə keçirilib. 2002-ci ildə referendum vasitəsi ilə Konstitusiyada dəyişiklik edilib və proporsional seçki sistemi tam ləğv olunaraq mojaritar sistemə keçilib.

Beynəlxalq təşkilatlar və Azərbaycanın müxalifət partiyaları hesab edirlər ki, ölkənin demokratik inkişafını təmin etmək, partiyaları gücləndirmək üçün proporsional seçki sistemi bərpa olunmalıdır. Bu mövqeyi iqtidaryönlü partiyalar və Parlamentdə hakim partiyanı təmsil edən bir sıra deputatlar da dəstəkləyirlər.

Muradova hesab edir ki, Azərbaycan üçün mojaritar seçki sisteminin daha yaxşı olduğunu sübut edən arqumentlər daha çoxdur. Bura deputatların konkret seçki dairələrinin ərazisində yaşayan seçicilər qarşısında cavabdehlik daşımaları da daxildir. Vitse-spiker proporsional seçki sisteminin bərpasını vacib hesab edən hakim partiya nümayəndələrinin fikirlərinə normal yanaşdığını qeyd edib.

YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti