...

Azərbaycanın hakim partiyasının nümayəndə heyəti Şimali Kiprdə siyasi müzakirələr aparacaq

Siyasət Materials 9 Aprel 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel / Trend ", müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti aprelin 14-dən 18-nə qədər Şimali Kipr Türk Cümhuriyyəti Respublikasına səfər edəcək. Bu barədə çərşənbə günü Trend a YAP Gənclər Birliyinin sədri Ramil Həsənov məlumat verib. Onun sözlərinə görə, səfər Şimali Kiprin Xarici İşlər Nazirliyinin dəvəti ilə həyata keçiriləcək.

Martda Şimali Kiprin 4 siyasi partiya təmsilçiləri Azərbaycanda səfərdə olublar.

Səfər zamanı Azərbaycanla Şimali Kiprin siyasi partiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Həsənovun sözlərinə görə, Şimali Kiprin təmsilçiləri ölkəmizdə təcrübə mübadiləsi keçiblər. Azərbaycanda həyata keçirilən gənclər siyasəti, dövlətin və YAP-ın gənclərə göstərdiyi diqqət, onların dövlət strukturlarında irəli çəkilməsi, gənc parlamentarilərin Milli Məclisdə təmsil olunması kimi məsələlər Şimali Kipr nümayəndə heyətinin böyük marağına səbəb olub. "Şimali Kiprdə ən gənc millət vəkilinin 44 yaşı var. Ən gənc siyasətçinin isə 40 yaşı var. Onlar Azərbaycan nümayəndə heyətinin Şimali Kiprə səfəri zamanı bir neçə seminarlarda iştirak edərək Azərbaycanın gənclər siyasəti ilə bağlı təcrübə mübadiləsi keçməsini xahiş ediblər" Həsənov əlavə edib.

YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti