...

Ankara Yaxın Şərqdə İsrailin ən sadiq və strateji tərəfdaşıdır – yüksəkvəzifəli türkiyəli parlamentari

Siyasət Materials 9 Aprel 2008 17:17 (UTC +04:00)
Ankara Yaxın Şərqdə İsrailin ən sadiq və strateji tərəfdaşıdır – yüksəkvəzifəli türkiyəli parlamentari

İsrail, Qüds, 09 aprel/ " müxbir R.Abdullayev/Türkiyə Yaxın Şərqdə İsrailin ən sadiq və strateji tərəfdaşıdır. Türkiyə parlamentinin beynəlxalq münasibətlər üzrə komissiyasının sədri Murat Mercan belə hesab edir.

"Bizim aramızda ciddi və hərtərəfli strateji əməkdaşlıq var. Bu əməkdaşlıq ən yüksək siyasi səviyyədə bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrini əhatə edir", - Mercan çərşənbə günü Trend -a müsahibəsində bildirib.

Türkiyə parlament nümayəndə heyətinin Qüdsə səfərinin nəticələrini şərh edən Mercan bildirib ki, İsrailin siyasi elitası və rəhbərliyi ilə görüşlər keçirilib. "Ölkələrimiz arasında iqtisadi münasibətlər ən yüksək səviyyədədir. Lakin düşünürəm ki, onların potensialı tam istifadə edilməyib. Türkiyə və İsrail arasında mal dövriyyəsi 2,5 mlrd. dollar təşkil edir və ümid edirəm ki, beş il ərzində 5 mlrd. dollaradək artacaq", - professor Mercan bildirib.

Türkiyəli parlamentari terrorla mübarizədə ilk ölkənin əməkdaşlığının vacibliyini də qeyd edib. Biz Sderotda (İsrailin cənubunda daimi bombardmanlara məruz qalan şəhər - red) olduq və öz gözlərimizlə gördük ki, HƏMAS-ın fəaliyyəti - İsrail ərazisinin raket atəşinə tutulması yolverilməzdir", - o bildirib. Mercanın sözlərinə görə, eyni zamanda Qəzza sakinləri də İsrailin hərbi əməliyyatlarından əziyyət çəkirlər. "Bu mənada Türkiyənin yeganə bir məqsədi var - Yaxın Şərq regionunda sülh, sabitlik, çiçəklənmə və təhlükəsizliyə nail olmaq. Biz sülhə yardım edən istənilən dinc təşəbbüsləri dəstəkləyirik", - Mercan söyləyib.

"Türkiyə hesab edir ki, İsrail və Fələstin arasında münaqişənin həlli bir çox Yaxın Şərq problemlərinin həllinin açarıdır. Bu nöqteyi-nəzərdən, biz problemin həllinə yönəlmiş istənilən diplomatik səyləri dəstəkləyirik", - Mercan bildirib.

Xəbər lenti

Xəbər lenti