...

Azərbaycan prezidenti Çernoqoriya prezidentini vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 14 Aprel 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend / Azərbaycan prezidenti İlham Əliyev Çernoqoriya Respublikasının prezidenti cənab Filip Vuyanoviçi vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə prezident Azərbaycan ilə Çernoqoriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər iki xalqın mənafelərinə uyğun olaraq, birgə səylər sayəsində inkişaf edəcəyi və genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti