...

Polşanın Milli Təhlükəsizlik Bürosunun rəisi Azərbaycana gələcək

Siyasət Materials 22 Aprel 2008 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir E.Hüseynli/ Polşa Respublikasının Milli Təhlükəsizlik Bürosunun rəisi Vladislav Staşiak Azərbaycana səfər edəcək. Bu barədə Polşada səfərdə olan Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov ilə polşalı həmkarı arasında razılıq əldə olunub.

Mahmudov Polşanın Milli Təhlükəsizlik Bürosunun rəisi Staşiakın dəvəti ilə aprelin17-19-da bu ölkədə rəsmi səfərdə olub.

Səfər çərçivəsində təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb, qarışılıqlı maraq doğuran məsələlərin ekspertlər səviyyəsində davam etdirilməsinə dair razılıq əldə olunub.

Staşiakın Azərbaycana səfərinin tarixi məlum deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti