...

Qanunsuz dərman satışı ilə bağlı səhiyyə naziri Parlamentə dəvət edilib

Siyasət Materials 25 Aprel 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda əhaliyə satılan altı min adda dərman vasitələrinin yalnız 3200-ü Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb və satışına icazə verilib. "Dövlət qeydiyyatından keçməyən dərmanların satışı vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradır", -deyə Azərbaycan Parlamentinin cümə günü keçirilən iclasında deputat Rəfael Cəbrayılov bildirib.

Azərbaycan Parlamenti 2006-cı ilin dekabr ayında "Dərman vasitələri haqqında" qanun qəbul edib. Qanun dərmanların dövlət qeydiyyatına alınmadan satışa çıxarılmasını qadağan edir. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dövlət qeydiyyatından keçməyən dərman satanların inzibati məsuliyyətə cəlb olunması haqda maddələr daxil edilib.

Deputat hesab edir ki, Parlament səhiyyə nazirinin iştirakı ilə Azərbaycanın dərman bazarında yaranmış vəziyyəti müzakirə etməlidir.

"Bu, Azərbaycan xalqının milli təhlükəsizliyi ilə bağlı olan məsələdir. Səhiyyə naziri Oqtay Şirəliyev Parlamentdən dərmanların dövlət qeydiyyatından keçirilməsi üçün mart ayının birinə qədər vaxt istəmişdi. Lakin satışda olan dərmanların dövlət qeydiyyatına alınması başa çatdırılmayıb", - deyə deputat əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti