...

Ukraynanın Baş naziri siyasi böhrandan çıxmaq üçün ölkədə növbədənkənar seçkilərin keçirilməsini ən pis variant adlandırıb

Siyasət Materials 8 Sentyabr 2008 19:26 (UTC +04:00)

Ukrayna, Kiyev, 08 sentyabr/ Trend , müxbir Z.Novosvitski/Bu gün Ukraynada yaranmış siyasi vəziyyətdən çıxmaq üçün ən pis variant Ali Radaya növbədənkənar seçkilərin keçirilməsidir. Bu barədə Ukraynanın Baş naziri Yuliya Timoşenko Kiyevdə mətbuat konfransında deyib.

Timoşenko eyni zamanda qeyd edib ki, vəziyyətin belə inkişaf yollarını, koalisiyanın yeni formatının yaradılması variantından pis hesab edir.

O qeyd edib ki, ölkəni vaxtından əvvəl seçkilərə aparmaq məsuliyyətsizlikdir. Onun fikrincə, ən yaxşı variant, demokratik koalisiyanın fəaliyyətinin bərpasıdır. Timoşenko əmindir ki, bu variantın reallaşması "bütünlüklə prezidentin əlindədir".   
"Çünki o, demokratik koalisiyanı dağıdıb və bu gün onun bərpası üzrə danışıqların aparılmasını qadağan edir", - Timoşenko deyib.
Ali Radanın sədri Arseni Yasenko sentyabrın 4 -də xalq deputatlarını "Bizim Ukrayna -Xalq özünümüdafiə"fraksiyasından ona koalisiyadan çıxmaqla bağlı qərarın daxil olması haqqında məlumatlandırıb. Qərar elan edildikdən 10 gün sonra qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti