...

Əfqanıstanın Helmand əyalətində 35 qiyamçı öldürülüb

Siyasət Materials 15 Dekabr 2008 11:11 (UTC +04:00)
Əfqanıstanın Helmand əyalətində 35 qiyamçı öldürülüb

Əfqanıstan, Kabil, 15 dekabr/ Trend , müxbir A.Hakimi/ Əfqanıstanın Helmand əyalətinin Nadi Adi dairəsində aparılan təmizləmə əməliyyatı zamanı 35 qiyamçı öldürülüb. Bu barədə əyalət qubernatoru Qolab Manql məlumat verib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl başlamış əməliyyat son bir neçə ildə ən iri miqyaslıdır. "Əyaləti qiyamçılardan təmizləmə əməliyyatı bir neçə gün davam edəcək", - deyə Manql bildirib.

Sakinlər və koalisiya qüvvələri arasında zərərçəkənlərlə bağlı informasiya hələlik daxil olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti