...

İranın sabiq Baş naziri prezidentliyə namizədliyini irəli sürəcək

Siyasət Materials 8 Mart 2009 15:07 (UTC +04:00)

İran, Tehran, 8 mart / Trend , müxbir A.Namdari/

İranın sabiq Baş naziri, hazırda İncəsənət Mədəniyyət evinin rəhbəri Mir Hüsyn Musəvi növbəti prezident seçkilərində namizədliyini tezlkiklə irəli sürəcək.

Adının açıqlanmasının istəməyən İncəsənət Məhəniyyət evinin rəhbərlik heyətinin üzvu Trend -a bildirib ki, Musəvinin növbəti prezident seçkilərinə namizədliyini irəli sürməsi qətiləşib. İncəsənət Məhəniyyət evinin rəhbərlik heyətinin üzvu bildirib ki, Musəvi cari həftədə Tehrann Qəndi məscidində bu barədə rəsmən bəyan edəcək.

Bundan əvvəl, İslahatçılar düşərgəsinin xəbər saytlarında Musəvinin prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşmasını bildirmişdilər, lakin, bu barədə rəsmi məlumat verilmirdi.

Musəvi İran-İraq müharibəsi müddətində səkkiz il İranın Baş naziri olub, İmam Xomeyninin ölümündən sonra (1989), İncəsənət Mədəniyyət evinin rəhbəri vəzifəsində fəaliyyət göstərərək siyasi səhnədən uzaqlaşmışdı.

Musəviyə yaxın şəxs Trend -a açıqlamasında əlavə edib ki, sabiq Baş nazirin təşviqat kampaniyası fəaliyyətə hazır vəziyyətdədir.

Onun sözlərinə görə, təşviqat kampaniyasını həyata keçirmək üçün Musəvinin İranın əyalətlərinə səfərləri planlaşdırırb.

Musəvi İranın islahatçılar düşərgəsindəndir. Bu düşərgədən hazırda daha iki nəfər,  eks-prezident Məhəmməd Xatəmi və sabiq spiker Mehdi Kərrubi bundan əvvəl prezidentliyə namizədliklərini irəli sürüblər.

İranda növbəti prezident seçkiləri iyunun 12-ə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti