...

Azərbaycanın solçu partiyaları birliyinin sıraları genişlənib

Siyasət Materials 10 Mart 2009 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Solçu Qüvvələr Birliyinə yeni qurumlar qoşulub.

"Azərbaycan Yaşıllar Partiyası və Solyönümlü Alimlər Qrupu Solçu Qüvvələr Birliyində təmsil olunmağa razılıq veriblər. Birliyin rəsmən təsis olunmasının gecikməsi bir neçə partiyalarla danışıqların aparılması ilə bağlıdır", - çərşənbə axşamı Trend -a Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyasının sədri Telman Nurullayev bildirib.   

Trend -un arayışı: Ötən ilin sonunda Azərbaycan Sosialist, Kommunist, Vahid Kommunist partiyaları və Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyasının sədrləri solçu qüvvələrin birliyinin yaradılması ilə bağlı razılığa gəliblər. Birliyin yaradılmasında məqsəd solçu partiyaları vahid ideologiya ətrafında birləşdirmək və bələdiyyə və parlament seçkilərində vahid platformadan çıxış etmək olub. Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov sonradan Birlikdə təmsil olunmaqdan imtina edib. O, Birlikdə təmsil olunmanın partiyanın sərbəst fəaliyyətini məhdudlaşdıracağını bildirib.  

Nurullayevin sözlərinə görə, Birliyin geniş formatda yaradılmasının tərəfdarıdır. "Bir neçə dəfə birlik yaratsaq da, bu, siyasi aləmdə heç bir rol oynamayıb. Ona görə də bu Birliyi yetkin formada yaratmaq niyyətindəyik. Əminik ki, Birlik siyasi aləmdə öz sözünü deyəcək qurum olacaq", - deyə partiya sədri deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti