...

Azərbaycanın Gəncə şəhərində saat 10:00-a olan məlumata görə, seçicilərin 14,52 faizi səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 10:18 (UTC +04:00)

Azərbaycan, Gəncə, 18 mart / Trend , müxbir V. Məmmədov /

Saat 10:00 olan məlumata görə, Azərbaycanın qərbində yerləşən Gəncədə (paytaxt Bakıdan 365 kilometr məsafədə) olan seçicilərin 14,52 faizi seçkilərdə iştirak edib. Bu barədə Trend -a Gəncədə olan Dairə Seçki Komissiyalarından məlumat veriblər.

Məlumatdja bildirilir ki, 147 654 seçicidən 21453 nəfəri artıq seçkilərə qatılıb.

Gəncə şəhərində 37, 38, 39 və 40 saylı olmaqla dörd Dairə Seçki Komissiyası var. Məntəqələrin sayı isə əlavələr də daxil olmaqla, 110 təşkil edir.

Gəncə şəhərində 1000-dən sox yerli müşahidəçi seçkiləri izləyir. 26 məntəqədə isə veb-kameralar quraşdırılıb.

Çərşənbə günü Azərbaycanda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti