...

Gürcüstan və Azərbaycan beynəlxalq arenada eyni mövqedən çıxış edəcəklər – XİN rəhbəri Vaşadze

Siyasət Materials 1 Aprel 2009 20:48 (UTC +04:00)
Gürcüstan və Azərbaycan beynəlxalq arenada eyni mövqedən çıxış edəcəklər – XİN rəhbəri Vaşadze

Gürcüstan, Tbilisi, 01 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan və Azərbaycan beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edəcəklər. Bu barədə Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə brifinq zamanı Gürcüstan Xarici Siyasət İdarəsinin rəhbəri Qriqol Vaşadze deyib.

"Biz Gürcüstan və Azərbaycan XİN-ləri tərəfindən beynəlxalq arenada mövqelərimizi uyğunlaşdıran sənədi rəsmiləşdirdik. Belə bir siyasəti bu ildən etibarən həyata keçirmək niyyətindəyik", - Vaşadze deyib.

Tərəflər qeyd ediblər ki, aralarında heç bir siyasi fikir ayrılığı olmadığından görüş zamanı iqtisadi və humanitar xarakterli məsələlər müzakirə edilib.

"İki prezidentlər arasında o qədər səmimi münasibətlər var ki, bizim siyasi məsələləri müzakirə etməyimizə gərək yoxdur. Bu səbəbdən biz əsas diqqəti ticari-mədəni məsələlərə yönəltdik", - Məmmədyarov öz növbəsində deyib.  

Brifinq zamanı tərəflər imzalanmış sənədlərin protokollarının mübadiləsini aparıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti