...

9 aprel aksiyası zamanı Okuraşvili Tbilisidə olmayacaq – partiya lideri

Siyasət Materials 8 Aprel 2009 18:43 (UTC +04:00)
9 aprel aksiyası zamanı Okuraşvili Tbilisidə olmayacaq – partiya lideri

Gürcüstan, Tbilisi, 08 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okuraşvili 9 aprel aksiyasında iştirak etməyəcək. Bu barədə Trend -a eks-nazirin partiyası olan "Vahid Gürcüstan naminə" partiyasının lideri Eka Beseliya deyib.  

"Buna baxmayaraq Okuraşvili bütün baş verənlərdən xəbərdar olacaq və hadisələrin gedişatını diqqətlə izləyəcək", - Beseliya deyib.

Bir müddət öncə Beseliya iddia edirdi ki, Okuraşvili 9 aprel aksiyasında iştirak edəcək.

"Okuraşvili mütləq Gürcüstana gələcək. Düşünürəm ki, aprelin sonunda bu baş verəcək", - Beseliya bildirib.

Son aylar Gürcüstan müxalifəti aprelin 9-da Prezident Mixail Saakaşvilinin istefası tələbi ilə etiraz aksiyaları və paytaxt Tbilisidə böyük mitinq keçirməyə hazırlaşır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti