...

Ərak nüvə stansiyasının yanacaq istehsalının sonuncu mərhələsi tamamlanıb

Siyasət Materials 9 Aprel 2009 19:00 (UTC +04:00)
Ərak nüvə stansiyasının yanacaq istehsalının sonuncu mərhələsi tamamlanıb

İran Prezidenti Mahmud Əhmədinejad İsfahan şəhərində yerləşən nüvə yanacağı istehsalı zavodunun (FMP) açılışında iştirak edib. Mehr agentliyinin aprelin 9-da verdiyi məlumata əsasən, Ərak ağır sular istehsalı zavodunun yanacağının təmin etməsi üçün FMP zavod istehsala başlayıb.

İran Prezidenti uran yanacağı həbləri və uran yanacağı istehsal edən zavodun (Fuel Manufacturing Plant (FMP)) açılışında iştirak edib.

Yeni stansiya Ərak şəhərində 40 meqavatt gücündə enerji ilə işləyən stansiyanın yanacağını təmin edəcək. Həmin zavod gələcəkdə Buşəhr elektrik stansiyası və Darxoin şəhərində 360 meqavat gücündə enerji ilə işləyən stansiyanı yanacaqla təmin edəcək.

Xəbər lenti

Xəbər lenti