...

İran radardan yayına bilən pilotsuz təyyarənin sınaq uçuşlarını keçirəcək

Siyasət Materials 18 Aprel 2009 17:16 (UTC +04:00)

İran Həbi Hava Qüvvələrinin komandiri bildirib ki, İranın radardan yayına bilən ilk pilotsuz təyyarəsinin sınaq uçuşları mayın 24-də keçiriləcək. Bu barədə FARS xəbər agentliyi məlumat verib.

"Mayın 24-də Hərbi Hava Qüvvələrinin radardan yayına bilən "Pehpad" adlı pilotsuz təyyarəsinin sınaq uçuşları keçiriləcək və sınaqdan sonra həmin təyyarənin istehsalına başlanılacaq", - deyə İran Hərbi Hava Qüvvələrinin komandiri Həsən Şahsəfi şənbə günü Silahlı Qüvvələr Günü münasibətilə Tehranda keçirilən paradda jurnalistlərə bildirib.

Şahsəfi deyib ki, Hərbi Hava Qüvvələri təyyarələrinin paradı havanın tutqun və dumanlı olması səbəbindən baş tutmayıb: "Paradda İran Hərbi Hava Qüvvələrinin 140 qırıcı təyyarəsinin iştirakı gözlənilirdi. Lakin hava tutqun və dumanlı olduğu üçün hərbi təyyarələrin paradı ləğv edilib. İran Hərbi Hava Qüvvələri hər zaman parad keçirməyə hazırdırlar".

Bu gün (18 aprel) İranda Silahlı Qüvvələr Günü münasibətilə hərbi parad keçirilir.

Xəbər lenti

Xəbər lenti