...

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə gedib

Siyasət Materials 23 Aprel 2009 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev cümə axşamı Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

Əbiyev Türkiyədə keçiriləcək "İDEF-2009" Beynəlxalq Müdafiə sərgisində iştirak edəcək, cümə axşamı Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Aprelin 27-dən 30-dək İstanbulda keçiriləcək İDEF-2009 beynəlxalq hərbi sənaye sərgisinə Azərbaycandan qatılacaq hökumət rəsmilərinin siyahısı dəqiqləşib. Sərgiyə Azərbaycanın dövlət və hökumət rəsmilərindən müdafiə naziri Səfər Əbiyev, Daxili Qoşunların komandanı Zakir Həsənov, müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov, Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin direktoru İlqar Nəzərov qatılacaq.

Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri öz məhsullarını 30 kvadratmetr sahəlik stenddə nümayiş etdirəcək. Tədbirə 33 ölkədən nazirlər, 10 ölkədən nazir müavini, 3 ölkənin Baş Qərargah rəisi, 3 ölkənin Baş Qərargah rəisinin müavini, 20 ölkədənsə müdafiə sənayesi üzrə hökumət strukturlarının rəhbəri və ya onun müavini səviyyəsində qatılacaqlar. Ümumilikdə sərgidə müxtəlif ölkədən 459 şirkətin iştirakı planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti