...

"Xəzər şelfinin açarları" kitabında bütöv bir fəsil Heydər Əliyevə həsr olunub

Siyasət Materials 3 İyun 2009 20:38 (UTC +04:00)

Qazaxıstan, Astana, 03 iyun / Trend , müxbir K.Konırova /

Azərbaycana və onun sabiq Prezidenti Heydər Əliyevə "Xəzər şelfinin açarları"adlı yeni kitabda xüsusi yer ayrılıb, çərşənbə günü kitabın təqdimatında çıxış edən müəllif, məşhur Qazaxıstan neftçisi Baltabek Kuandıkov qeyd edib.

"Kitabımda Heydər Əliyevə bütöv bir fəsil həsr olunub, eyni zamanda onun şəkli də var. Mən onunla dörd dəfə görüşmüşəm. Görüş çərçivəsində biz bir çox məsələləri, ilk növbədə Xəzər hövzəsində sərhədlərin bölünməsi məsələsini müzakirə etmişik", - deyə Kuandıkov bildirib.

Kitabın müəllifi bildirib ki, Xəzərin Qazaxıstan neftçiləri tərəfindən mənimsənilməsi zamanı Bakıya bir neçə dəfə arxasınca getdikləri qardaş Azərbaycanın təcrübəsi çox yararlı olub. Bu ölkənin lideri ilə görüşlər də onlar üçün çox mühüm xarakter daşıyıb. 

"Heydər Əliyev böyük ürəyə sahib insan idi. O, məni dəstəkləyirdi və Xəzərdəki işimdə mənə uğurlar arzulayırdı", - neftçi qeyd edib.

Kuandıkov "Qazaxıstan Xəzər şelfi" şirkətinin yaradıcılarından biridir və onun araşdırmaları respublikada milli "KazMunayKaz"(KMQ) şirkətinin yaradılmasına səbəb olub. Müəllif kitabında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin başçılıq etdiyi əcnəbi sərmayədarların cəlb edildiyi ilk Xəzər layihəsi barəsində, həmçinin Qazaxıstanın Xəzərdəki təşəbbüsü barədə söhbət açıb.   

"Xəzər şelfinin açarları" kitabı "Caspian" jurnalının baş redaktoru Eldar Ağamalovun köməkliyi ilə nəşr edilib.

"Kitabda 15 il ərzində yığılmış materiallar əks olunub. Kuandıkev mənə müraciət edərkən mən onun təklifini məmnuniyyətlə qəbul etdim", - deyə Ağamalov bildirib.

"Bakıya Qazaxıstan nümayəndə heyəti gəldiyi zaman Heydər Əliyev mütləq onları qəbul edirdi. Məsələ ondadır ki, Qazaxıstan və Azərbaycanın Xəzər məsələsi üzrə mövqeyi hər zaman oxşar olub. Digər Xəzəryanı ölkələrin mövqeləri müxtəlif olduğu halda, onlar ölkələrin öz milli sektorunu hazırlaması uğrunda mübarizə aparıblar", - deyə Ağamalov bildirib.

Kitabın təqdimatında energetika və mineral resurslar naziri Sauat Mınbayev, Xəzər regionu üzrə prezident məsləhətçisi, "Qazaxoyl"SC-nin birinci prezidenti Nulan Balqimbayev, KMQ-nin birinci vitse-prezidenti Maksat İdenov, Şimali Xəzər şirkətinin vitse-prezidenti Jakıp Marabayev, görkəmli dövlət və ictimaiyyət xadimləri, Məclis deputatları və Qazaxıstan Respublikasının Parlament Senatı, xarici şirkətlərin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti