...

Azərbaycan Prezidenti bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi barədə qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 28 İyul 2009 18:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi barədə qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, eyni zamanda Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti