...

Azərbaycan Parlamenti 15 yaşına qədər olan uşaqların işləməsini qadağan edib

Siyasət Materials 4 Dekabr 2009 13:45 (UTC +04:00)
Trend News-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə və Ailə Məcəlləsinə əlavə və dəyişiklilər qəbul edilib. Dəyişikliyə əsasən, yaşı 15-ə çatmayan uşaqların işə qəbul edilməsi qadağan edilib və onları işə götürənlər məsuliyyətə cəlb olunacaqlar.
Azərbaycan Parlamenti 15 yaşına qədər olan uşaqların işləməsini qadağan edib

Azərbaycan, Bakı, 4 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti 15 yaşına qədər olan uşaqların işləməsini qadağan edib.

Trend -un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə və Ailə Məcəlləsinə əlavə və dəyişiklilər qəbul edilib. Dəyişikliyə əsasən, yaşı 15-ə çatmayan uşaqların işə qəbul edilməsi qadağan edilib və onları işə götürənlər məsuliyyətə cəlb olunacaqlar.

Deputat Fazil Qəzənfəroğlu deyib ki, əlavə və dəyişiklilərin bu formada qəbulu bir sıra çox ciddi problemlər yaradacaq.

"Bu dəyişiklilər zəruri olsa da, elə formada qəbul edilməlidir ki, uşaqların peşə öyrənməsinə, gələcəkdə özlərinə iş yerləri tapmalarına, valideyinlərdən müstəqil formada yaşamalarına problemlər yaratmasın", - Qəzənfəroğlu əlavə edib.

İclası idarə edən birinci vitse-spiker Ziyafət Əsgərov bildirib ki, qanuna əlavə və dəyişikliklər qəbul olunduqdan sonra prezident onun qüvvəyə minməsi haqda sərəncam imzalayacaq. Sərəncam imzalanan zaman Nazirlər Kabinetinə uşaqların işləməsi mümkün olan iş yerlərinin siyahısının hazırlanması tapşırılacaq.

Deputat Qənirə Paşayeva deyib ki, əlavə və dəyişikliklərə əsasən, 15 yaşa çatmayan uşaqların işə cəlb olunmasına görə vəzifəli şəxslər cərmələnəcək.

"Amma mən qorxuram ki, sabah o uşaqlar əməyə cəlb olunması hesabına bəzi istismarlar ortaya çıxa bilər. Çox kiçik vəsaitlər ödəyərək uşaqları əməyə cəlb edə bilərlər. Ona görə də məcəllədə nəzərdə tutulan müddəaları həyata keçirəcək təşkilatlar ortaya çıxacaq subyektivlikləri aradan qaldırmaq üçün ciddi işləməlidirlər", - o deyib.

Paşayeva deyib ki, ən çox narahatlıq doğuran məsələ küçə uşaqları ilə bağlıdır: "Bizim mübarizəmizin əsas məqsədi belə uşaqların əməyindən istifadə edənlərə qarşı olmalıdır".


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti