...

Prezident İlham Əliyev Fransa xarici işlər naziri Bernar Kuşner ilə görüşüb

Siyasət Materials 10 Dekabr 2009 03:45 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Parisdə onun üçün ayrılmış iqamətgahda Fransa xarici işlər naziri Bernar Kuşner ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev Fransa xarici işlər naziri Bernar Kuşner ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Parisdə onun üçün ayrılmış iqamətgahda Fransa xarici işlər naziri Bernar Kuşner ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə, o cümlədən siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan Prezidentinin Fransaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi önəm daşıdığı qeyd olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslərin hazırkı vəziyyətindən söhbət açılan görüşdə, regional və bir sıra beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti