...

Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib

Siyasət Materials 12 Dekabr 2009 17:40 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin xatirə günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyi həmin ölkə ictimiyyətinin, Gürcüstan və Azərbaycan ziyalılarının, Gürcüstan Parlamenti və hökumətinin nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər keçirib.
Gürcüstanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir M.Əliyev/

Ümummilli lider Heydər Əliyevin xatirə günü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyi həmin ölkə ictimiyyətinin, Gürcüstan və Azərbaycan ziyalılarının, Gürcüstan Parlamenti və hökumətinin nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlər keçirib. Bu barədə səfirliyin məlumatında deyilir.

Noyabrın sonu, dekabrın əvvəlində İrəvan Azərbaycan Dövlət Dram Teatrı Gürcüstanda qastrol səfəri çərçivəsində Ş.Rustaveli adına Gürcüstan Dövlət Dram Teatrında Azərbaycan müstəqilliyinin əldə edilməsində Heydər Əliyevin rolundan bəhs edən "Xilaskar" teatrını nümayiş etdirib.

Dekabrın 10-11-də Gürcüstanın Marnueli, Bolnisi, Qardabani, Dmanisi rayonlarında Kvemo-Kartli Administrasiyanın qubernatoru ilə birgə Gürcüstan hakimiyyətinin nümayəndələri, Azərbaycan icması və ziyalıların iştirakı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehsan verilib.

Tbilisidə Heydər Əliyevin adını daşıyan parkda Heydər Əliyevin büstü üzərinə əklil qoyulub. Əklil qoyma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, Gürcüstan Parlamentinin vitse-spikeri Paata Davitaya, Kvemo-Kartli qubernatoru David Karkitadze, qubernator müavini və Gürcüstanın digər rəsmi şəxsləri, həmçinin ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti