...

Avropa İttifaqı və onun şərq qonşuları vahid məkandır - Benita Ferrero-Valdner

Siyasət Materials 15 Dekabr 2009 19:44 (UTC +04:00)
Avropa İttifaqının şərq qonşuları Aİ-yə yaxınlaşmaq üçün mövcud andan istifadə etməli və hər kəsə bunun ümumi məkan olduğunu göstərməlidirlər. Xarici əlaqələr və qonşuluq siyasəti üzrə keçmiş Avropa komissarı Benita Ferrero-Valdner belə hesab edir.
Avropa İttifaqı və onun şərq qonşuları vahid məkandır - Benita Ferrero-Valdner

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir Y.Ostapenko/

Avropa İttifaqının şərq qonşuları Aİ-yə yaxınlaşmaq üçün mövcud andan istifadə etməli və hər kəsə bunun ümumi məkan olduğunu göstərməlidirlər. Xarici əlaqələr və qonşuluq siyasəti üzrə keçmiş Avropa komissarı Benita Ferrero-Valdner belə hesab edir.

"Bu ölkələr bizə yaxınlaşmaq və bütün ölkələrə, o cümlədən Rusiyaya ümumi qonşuluğumuzun olduğunu göstərmək üçün mövcud andan istifadə etməlidirlər", - Lissabon müqaviləsi fəaliyyətə başladıqdan sonra ticarət üzrə Avropa Komissarı vəzifəsini tutan Valdner "Azadlıq" radiosuna verdiyi müsahibədə deyib.

"Bu ölkələri stabilləşdirmək Rusiyanı təhdid etmək demək deyil, - o deyib. - Bu, Avropa və bütün ölkələr üçün vacibdir". Onun sözlərinə görə, bu məsələyə məhz belə siyasi konteksdə baxmaq lazımdır.

Aİ-yə qonşu olan ölkələrdə aparılan islahatlardan danışan Valdner deyib ki, bu ölkələr şəxsi islahatlar həyata keçirməlidirlər.

Valdner Aİ-nin tərəfdaş ölkələrinin böyük maliyyə dəstəyi aldığını bildirərək bu andan istifadə etməyə çağırıb.

Avropa komissarının sözlərinə görə, ikitərəfli danışıqlardan əlavə, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çoxcəhətli məkan yaradıb. Bu məkanda ölkələr təcrübələrini bölüşə və kimin bu və ya başqa yolda önə getdiyini görə bilər ki, bu da çox vacibdir.

"Şərq tərəfdaşlığı" proqramı Aİ-nin Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə yaxınlaşmasına yönəldilib. Proqramda göstərilən ölkələrə 2013-cü ilədək 600 milyon avronun ayrılması nəzərdə tutulur. Bu vəsait dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə kömək üçün nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti