...

İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib

Siyasət Materials 15 Dekabr 2009 19:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi ölkənin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib.
İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi ölkənin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Qazaxıstan əlaqələri tarixən təşəkkül tapmış möhkəm dostluq ənənələrinə malikdir. Əminəm ki, qarşılıqlı anlaşma və etimada əsaslanan münasibətlərimizin hərtərəfli inkişafı, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrik məktubunda deyilir.

İlham Əliyev Nursultan Nazarbayevə möhkəm cansağlığı, işlərində uğurlar, dost Qazaxıstan xalqına sülh və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti