...

Nyu Yorkda dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar təntənəli tədbir keçirilib (FOTO)

Siyasət Materials 30 Dekabr 2009 11:06 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar təntənəli tədbir təşkil edib.
Nyu Yorkda dünya azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar təntənəli tədbir keçirilib (FOTO)

Çərşənbə axşamı Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar təntənəli tədbir təşkil edib. Bu barədə daimi nümayəndəliyin press-relizində deyilir.

Tədbiri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev açıb, sonra Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.

Tədbirdə həmçinin Nyu York Assambleyasının üzvü Alek Bruk Krasni, Nyu York Azərbaycan Assosiasıyasının rəhbəri Əli Nəsibov, Azərbaycanın AZEM Həmyerlilər Birliyinin sədri və Nyu Yorkda dərc edilən "Novıy Rubej" qəzetinin redaktoru Nobert Yevdayev, Türkiyə-Amerika Assosiasiyasının prezidenti Qaya Boztepe, Bruklin prezidentinin köməkçisi Martina Malkovitsa iştirak edib.

Tədbirdə ABŞ-da fəaliyyət göstərən Azərbaycan, Türkiyə və dağ yəhudiləri cəmiyyətinin rəhbərləri və nümayəndələri, nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti