...

Türkmənistan və Azərbaycan arasındakı etibarlı münasibətlər ildən ilə möhkəmlənir - Prezident Berdiməhəmmədov

Siyasət Materials 21 Yanvar 2010 11:50 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdəməhəmmədov hesab edir ki, Türkmənistanla Azərbaycanın ildən ilə möhkəmlənən etibarlı münasibətləri yalnıza daha yüksək səviyyədə dövlətlərarası dialoqların aparılmasına imkan vermir, eləcə də buna çox sürətli inkişaf dinamikası verir.
Türkmənistan və Azərbaycan arasındakı etibarlı münasibətlər ildən ilə möhkəmlənir - Prezident Berdiməhəmmədov

Türkmənistan, Aşqabad, 21 yanvar / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdəməhəmmədov hesab edir ki, Türkmənistanla Azərbaycanın ildən ilə möhkəmlənən etibarlı münasibətləri yalnıza daha yüksək səviyyədə dövlətlərarası dialoqların aparılmasına imkan vermir, eləcə də buna çox sürətli inkişaf dinamikası verir.

O, öz fikrini Türkmənistanda diplomatik missiyasını başa vuran Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Elxan Bahadur oğlu Hüseynovu qəbul edərkən deyib.

Milli telekanal "Altın Asır" bu gün məlumat verib ki, diplomat ölkə haqqındakı təəssüratlarını bölüşüb. "Mən burada çoxlu sayda dostlar qazanmışam... Görürəm ki, Türkmənistan bu gün necə çiçəklənir və inkişaf edir... Allah bu torpağa bitib-tükənməyən zənginliklər verib. Lakin onun əsas zənginliyi Türkmənistan xalqıdır. Onlar bizim qardaşlarımızdır", - Hüseynov deyib.

"Yaxın qonşularla, o cümlədən Türkmənistanla uzun əsrlərdən bəri dostluq əlaqələri olan Azərbaycanla səmərəli dialoqların qurulması ölkə tərəfindən aparılan xarici siyasətin strateji vektorlarından biridir", - Berdiməhəmmədov qeyd edib.

2008-ci ildə hər iki ölkə yüksək səfərlər mübadiləsi həyata keçirib, hökumətlərarası komissiya yaradılıb, mədəni tədbirlər həyata keçirilib. Avropada hər iki Xəzəryanı ölkəni "Nabukko" qaz kəməri layihəsi əlaqələndirir.

Xəbər lenti

Xəbər lenti