...

Azərbaycan Prezidenti İraqın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 9 Mart 2010 14:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. - AzərTAc Dövlət Agentliyi məlumat yayıb.
Azərbaycan Prezidenti İraqın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. - AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

Dövlətimizin başçısı Ərşad Ömər İsmayılın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğuladı. İraqda Parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev əlaqələrimizin növbəti mərhələdə də fəal olacağına ümidvar olduğunu bildirib.

Səfirə uğurlar arzulayan dövlətimizin başçısı əminliklə qeyd edib ki, diplomat Azərbaycan və İraq xalqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə də fəaliyyətini davam etdirəcək.

İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayıl Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Azərbaycan xalqının timsalında yaxşı dost qazandığını deyən diplomat gələcək fəaliyyəti dövründə də xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti