Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirsxaliya/
Tbilisidə "Kortiard Merriott" mehmanxanasında GUAM nümayəndələrinin seminarı keçirilir. GUAM-ın baş katibi Valeri Çeçelaşvili Trend -a bildirib ki, seminarda GUAM və Vışeqrad qrupu ölkələrinin nümayəndələri iştirak edirlər.
"Aİ-yə qəbul üzrə Vışeqrad qrupuna daxil olan Mərkəzi Avropa ölkələrinin təcrübəsi bizim üçün olduqca əhəmiyyətlidir", - o qeyd edib.
Görüş zamanı Vışeqrad qrupunun nümayəndələri GUAM-dan olan həmkarlarını Aİ standartlarını qane edən iş metodu ilə tanış edəcəklər.
Çeçelaşvili bu görüşü "olduqca faydalı və gərəkli" adlandırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin