...

Azərbaycan "Dünyanın Nəbzi" dialoqunun iştirakçı ölkələri arasındadır

Siyasət Materials 29 Mart 2010 15:57 (UTC +04:00)
Azərbaycan ABŞ Prezidenti Barak Obamanın təşəbbüskarı olduğu "Dünyanın Nəbzi" beynəlxalq virtual dialoqunda iştirak edəcək 9 ölkə sırasına daxildir.
Azərbaycan "Dünyanın Nəbzi" dialoqunun iştirakçı ölkələri arasındadır

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan ABŞ Prezidenti Barak Obamanın təşəbbüskarı olduğu "Dünyanın Nəbzi" beynəlxalq virtual dialoqunda iştirak edəcək 9 ölkə sırasına daxildir.

Azərbaycan vətəndaşları ilə dünyanın müxtəlif yerlərindəki insanlar arasında təhsil, ətraf mühitin qorunması, gənclər, qadınların rolunun artırılması kimi mövzular ətrafında diskussiya açmaq üçün ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) 30 mart 2010-cu ildə "Dünyanın Nəbzi" tədbirini Bakı şəhərinin beş müxtəlif məkanında keçirəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Gənclərin liderliyi mövzusunda onlayn müzakirə martın 30-da saat 15:00-dan 18:00-dək Azərbaycan Dillər Universitetində yerləşən, səfirliyin də dəstək verdiyi Amerika Mərkəzində keçiriləcək.

USAID martın 30-da aşağıdakı mövzular üzrə tədbirlər təşkil edəcək: "Qadınların və qızların cəmiyyətdə rolunun artırılması", "Zəruri təhsilin təminatı", "Daha güclü tərəfdaşlığın qurulması", "Planetimizdə davamlı yaşayışın qurulmasına dəstək".

Xəbər lenti

Xəbər lenti