...

Azərbaycanda səfərdə olan İranın daxili işlər nazirnin müavini Şamaxıya səfər edib

Siyasət Materials 2 May 2010 11:50 (UTC +04:00)
İranın daxili işlər nazirinin müavini Mehdi Məhəmmədifər bu gün səhər Şamaxı şəhərinə səfər edib. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İskəndəri deyib.
Azərbaycanda səfərdə olan  İranın daxili işlər nazirnin müavini Şamaxıya səfər edib

Azərbaycan, Bakı, 2 may /Trend , müxbir T.Cəfərov/

İranın daxili işlər nazirinin müavini Mehdi Məhəmmədifər bu gün səhər Şamaxı şəhərinə səfər edib. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İskəndəri deyib.

İskəndəri əlavə edib ki, səfər zamanı Məhəmmədifəri İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami və nümayəndə heyəti müşaiyət edir.

İskəndərinin sözlərinə görə, səfər Şamaxı şəhərinin müxtəlif sahələri o cümlədən iqtisadi, mədəni , əkinçilik və heyvandarlıq sahəsində potensialları ilə tanış olmaq məqsədi ilə baş tutub.

Onun sözlərinə görə, Məhəmmədifər səfər zamanı Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovla görüşüb. Məhəmmədifər həmçinin Şamaxıda "Azsəmənd" zavodunun işi ilə tanış olub və bu zavodun daha da inkişaf etdirilməsini istəyib.

Xəbər lenti

Xəbər lenti