...

Azərbaycanın müxalifət partiyasının lideri Böyük Britaniya Konservatorlar Partiyasına təbrik məktubu göndərib

Siyasət Materials 17 May 2010 15:06 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının lideri Etibar Məmmədov Böyük Britaniya Konservatorlar Partiyasının lideri Devid Kameronu partiyasının Parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Azərbaycanın müxalifət partiyasının lideri Böyük Britaniya Konservatorlar Partiyasına təbrik məktubu göndərib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının lideri Etibar Məmmədov Böyük Britaniya Konservatorlar Partiyasının lideri Devid Kameronu partiyasının Parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

"Azərbaycan Milli-İstiqlal Pariyası Konservatorlar Partiyasını və sizi Böyük Britaniya Parlament seçkilərində qələbə qazanmanız münasibətilə təbrik edir, yeni hökumətin dayanıqlı olmasını arzulayır", - təbrikdə deyilir. Bu barədə bazar ertəsi Trend-ə partiyanın mətbuat və informasiya xidmətindən bildirilib.

Məmmədov qeyd edib ki, Konservatorlar Partiyasını və AMİP-i Beynəlxalq Demokrat İttifaqı çərçivəsində uzun və səmərəli bir əməkdaşlıq birləşdirir. " AMİP-in qabaqcıl və Avropa standartlarına uyğun bir partiya kimi inkişafında biz həmişə sizin partiyanın təcrübəsindən yararlanmışıq və əlaqələrimizin daha da genişlənəcəyinə ümid edirəm. Hörmətli Baş nazir, Azərbaycan və Böyük Britaniya uğurlu və faydalı əməkdaşlıq edir. Ümid edirəm, bu əməkdaşlıq daha da dərinləşəcək və xalqlarımız arasında dostluğa xidmət edəcək. AMİP lideri və BDİ-nin sədr muavini kimi ölkələrimiz və partiyalarımız arasında əməkdaşlığı dəstəkləyir və bunun daha da dərinləşəcəyinə inanıram", - məktubda vurğulanır.

АMİP 1992-ci ildə yаrаdılаn вə Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra, partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman, partiya üzvlərinin bir qismi AMİP-dən gedib.

Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Xəbər lenti

Xəbər lenti