...

İordaniyada Azərbaycanın dövlət bayramı qeyd olunacaq – səfir

Siyasət Materials 27 May 2010 16:39 (UTC +04:00)
Cümə axşamı Əmmanda Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə qəbul keçiriləcək.
İordaniyada Azərbaycanın dövlət bayramı qeyd olunacaq – səfir

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Ü.Sadıqova/

Cümə axşamı Əmmanda Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə qəbul keçiriləcək. Bu barədə Trend-ə Azərbaycanın Haşimilər Krallığındakı səfiri Elman Araslı məlumat verib.

Tədbir İordaniyanın rəsmi şəxslərinin, diplomatik korpusun nümayəndələrinin iştirakı ilə paytaxtın Mariott otelində keçiriləcək. Bu barədə səfir telefonla İordaniyadan məlumat verib. Dünən Azərbaycan səfirliyində səfirin mətbuat konfransı keçirilib. Konfrans zamanı o, ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən ətraflı danışıb.

Xəbər lenti

Xəbər lenti