...

ABŞ Gürcüstan ərazilərinin işğalı ilə barışmayacaq – Hillari Klinton

Siyasət Materials 5 İyul 2010 15:37 (UTC +04:00)
Gürcüstan əraziləri Rusiya tərəfindən işğal olunub və ABŞ bu faktla heç vaxt barışmayacaq. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bazar günü Gürcüstan Milli kitabxanasında lider qadınlarla keçirilən görüşdə bəyan edib.
ABŞ Gürcüstan ərazilərinin işğalı ilə barışmayacaq – Hillari Klinton

Gürcüstan, Tbilisi, 5 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan əraziləri Rusiya tərəfindən işğal olunub və ABŞ bu faktla heç vaxt barışmayacaq. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bazar günü Gürcüstan Milli kitabxanasında lider qadınlarla keçirilən görüşdə bəyan edib.

Görüşdə 150 qadın, o cümlədən müxalifət partiyalarının nümayəndələri iştirak edib.

"Biz bununla barışa bilmərik və Gürcüstan ərazilərinin işğaldan azad edilməsinə çalışacağıq. Gürcüstan xalqı ardıcıl olaraq öz ərazi bütövlüyü və azadlığı uğrunda çalışmalıdır", - o deyib.

Klinton onu da bildirib ki, Gürcüstanda "demokratiyanın uğuru göz qabağındadır. "Gürcüstan demokratiyanın "mayak"ı olmaqda davam edir və bu gün Gürcüstanın şahzadə Tamaranın vaxtında inkişafın "qızıl dövrünü" təkrarlamaq imkanı var. Bunun üçün sözsüz ki, islahatlar davam etdirilməlidir", - dövlət katibi vurğulayıb.

Klintonun sözlərinə görə, Gürcüstanın inkişafı bilavasitə demokratik institutlarla bağlıdır.

Xanım Klinton görüşdə iştirak edən Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsa cavabında bildirib ki, ABŞ qadın təşkilatlarının münaqişə zonalarında öz həmkarları ilə əlaqələrin qurulması üzrə fəallığını dəstəkləyəcək ki, bu da münaqişələrin nizamlanmasına xidmət edəcək. "Bu, münaqişənin həll edilməsi üzrə vacib amildir və ondan maksimum istifadə olunmalıdır", - o qeyd edib.

ABŞ dövlət katibi qaçqınların yurd-yuvalarına qayıtması hüququnu da qeyd edib.

Klinton Milli kitabxanadan Prezident sarayına gedib.

Xəbər lenti

Xəbər lenti