...

"Sosialist İnternasionalı"nın baş katibi Azərbaycana gəlir

Siyasət Materials 28 İyul 2010 11:27 (UTC +04:00)
"Sosialist İnternasionalı"nın baş katibi Luis Ayala çərşənbə günü Azərbaycana səfərə gəlir. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə deyib.
"Sosialist İnternasionalı"nın baş katibi Azərbaycana gəlir

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

"Sosialist İnternasionalı"nın baş katibi Luis Ayala çərşənbə günü Azərbaycana səfərə gəlir. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə deyib.

"Avqustun 1-dək davam edəcək səfər çərçivəsində "Sosialist İnternasionalı"nın baş katibi Azərbaycan Prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək", - Əlizadə qeyd edib.

Onun sözlərinə görə, oktyabr ayında Bakıda "Sosialist İnternasionalı"nın Şərqi Avropa, Cənubi Qafqaz və Qara dəniz regionu üzrə komitəsinin iclası keçiriləcək və Ayalanın səfərində məqsəd Azərbaycan tərəfi ilə komitənin iclasına hazırlıqla bağlı məsələlərin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti