...

Azərbaycanda daxili işlər orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmini sahəsində nəticələr 2010-cu ildə bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilib – nazir (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 29 İyul 2010 11:49 (UTC +04:00)
Azərbaycanda daxili işlər orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmini sahəsində nəticələr 2010-cu ilin 6 ayı ərzində bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilib.
Azərbaycanda daxili işlər orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmini sahəsində nəticələr 2010-cu ildə bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilib – nazir (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir K.Zərbalıyeva/

RED. əlavəsi: Üçüncü abzasda daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazovun çıxışı əlavə olunub.

Azərbaycanda daxili işlər orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmini sahəsində nəticələr 2010-cu ilin 6 ayı ərzində bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Daxili İşlər Nazirliyində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı daxili işlər naziri Ramil Usubov bildirib.

"Ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından, aidiyyəti proqram və planlardan irəli gələn tələblər xüsusi nəzarətdə saxlanılmaqla, icrası vaxtında və tam təmin olunub. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, açılması, zərərçəkmişlərin hüquqlarının bərpası, ictimai qaydanın, vətəndaşların təhlükəsizliyinin təmini əsas vəzifə olaraq ardıcıllıqla yerinə yetirilib", - Usubov əlavə edib.

Hesabat məruzəsi ilə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov çıxış edib.

"Bütün subyektlər üzrə 11 375 cinayət qeydə alınıb, onların 96 faizi, yəni 10 920-si daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində təhqiqatı və istintaqı aparılan hüquqazidd əməllər olub. Cinayətlərin strukturunda hədə-qorxu ilə tələbetmələr 33,3 faiz, soyğunçuluqlar 26,3 faiz, quldurluqlar 14,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,3 faiz, zorlamalar 2,6 dəfə azalıb. Adamları girovgötürmə cinayətləri qeydə alınmayıb. Cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 87,3 təşkil etmiş, bağlı qalanların sayı 164 fakt və ya 11,2 faiz azalıb. Bir sıra ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən, qəsdən adam öldürmələrin açılması 84,7 faizdən 94,1 faizədək, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 81,8 faizdən 87,4 faizədək, soyğunçuluqların açılması 69,1 faizdən 75,5 faizədək, oğurluqların açılması 54,2 faizdən 62 faizədək, onların içində mənzillərdən edilənlərin açılması 47,5 faizdən 63 faizədək yüksəlmişdir. Banditizm və hədə-qorxu ilə tələbetmə cinayətləri tam açılıb", - Eyvazov bildirib.

Nazir müavini prokurorluq orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirilən istintaq-əməliyyat tədbirləri haqqında da danışıb.

"Prokurorluq orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, keçmiş illərdən bağlı qalmış 188 ağır və xüsusilə ağır cinayətin açılması təmin olunub. Bundan əlavə, 91 cinayət, o cümlədən, 6 qəsdən adamöldürmə və 1 ona cəhd, 3 qəsdən sağlamlığa ağır zərər vurma, 6 quldurluq, hərəsi 4 fakt olmaqla soyğunçuluq və oğurluq, 61 nəqliyyat vasitəsinin qaçırılması və s. "isti izlər"lə açılıb", - Eyvazov deyib.

Xəbər lenti

Xəbər lenti