...

Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 17 Noyabr 2010 13:27 (UTC +04:00)
Azərbaycana rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olub.
Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olub (FOTO)

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycana rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejadı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verib.

İranın və Azərbaycanın dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mahmud Əhmədinejada, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti